...

IFC Azərbaycan şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi metodologiyasını işə salır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2012 19:05 (UTC +04:00)
Korporativ idarəetmə özəl sektorun inkişafı prosesində vacib aspektdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üçün metodologiyanın rəsmi tətbiqinə həsr edilmiş tədbirdə BeynəIxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Mərkəzi Asiyada korporativ idarəetmə üzrə proqram meneceri Oliver Orton deyib.
IFC Azərbaycan şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi metodologiyasını işə salır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir C.Nəsibova/

Korporativ idarəetmə özəl sektorun inkişafı prosesində vacib aspektdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üçün metodologiyanın rəsmi tətbiqinə həsr edilmiş tədbirdə BeynəIxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Mərkəzi Asiyada korporativ idarəetmə üzrə proqram meneceri Oliver Orton deyib.

"IFC-nin Azərbaycanda fəaliyyəti ölkə iqtisadiyyatının şaxələndirilməsinə, xüsusilə qeyri-neft sektoru hesabına sabiq iqtisadi artıma yönəlib. Biz hazırda korporativ idarəetmə strukturunun yaradılmasında, həmçinin yerli bazarda korporativ idarəetmə üzrə xidmətlərin inkişafında maraqlıyıq", - Orton qeyd edib.

SECO-nun Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman tədbirdə qeyd edib ki, İsveçrə IFC ilə əməkdaşlıq çərçivəsində korporativ idarəetmə üzrə layihələri maliyyələşdirir və artıq müəyyən nəticələr əldə edilib.

"Biz əminik ki, korporativ idarəetmənin yüksək səviyyəsi özəl sektorun və maliyyə bazarlarının inkişafına müsbət təsir edir, həmçinin ölkədə iqtisadiyyatının sabit artımına yardım edir.

Feldmanın sözlərinə görə, İsveçrə üçün mövcud layihənin maliyyələşdirilməsi və IFC-nin tərəfdaş seçilməsi, ilk növbədə, Azərbaycanın investisiya strukturunun şəraitinin təkmilləşdirilməsi anlamına gəlir.

İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə deyib ki, şirkətlər tərəfindən korporativ idarəetmənin qiymətləndirilməsi şirkətlərə qarşı nüfuz və etimadın artmasına səbəb olacaq, həmçinin kapital və işgüzar tərəfdaşların cəlb edilməsinə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti