...

"Unibank" kart sahibləri Hesab.az portalında üçqat bonus qazanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 15:12 (UTC +04:00)
On minlərlə "Unibank" kart sahibləri noyabrın 1-dək Hesab.az onlayn ödəmələr portalında üç qat bonus qazana bilərlər. Portalda qeydiyyatdan keçən bank müştərilərinin əməliyyatları üzrə hər 1 AZN-ə 3 bonus xalı təqdim olunur.
"Unibank" kart sahibləri Hesab.az portalında üçqat bonus qazanır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

On minlərlə "Unibank" kart sahibləri noyabrın 1-dək Hesab.az onlayn ödəmələr portalında üç qat bonus qazana bilərlər. Portalda qeydiyyatdan keçən bank müştərilərinin əməliyyatları üzrə hər 1 AZN-ə 3 bonus xalı təqdim olunur. Nəticədə onların müxtəlif hədiyyə qazanmaq şansları da 3 dəfə artıb.

Bankdan Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində həmçinin "ALBALI" taksit kartları üzrə müştərilərə 5 qat bonuslar təqdim edilir. Bu növ taksit kartları ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, internet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.

Xüsusi olaraq nağdsız ödənişlər üçün "Unibank" tərəfindən buraxılan "ALBALI" kartlarını artıq www.albali.az saytında sifariş etmək mümkündür. Taksit kartlarının sahiblərinə məbləği 3 min AZN-dək, müddəti isə üç ilədək kredit xəttləri təqdim olunur.

Qeyd edək ki, "GoldenPay" ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalının bütün xidmətləri onlayn rejimində həyata keçirilir və pulsuzdur. Bütün tranzaksiyaların təhlükəsizliyi tanınmış "Visa" və "MasterCard" beynəlxalq ödəniş sistemlərinin nəzarəti altında təmin olunur. Hesab.az istənilən mobil operatorların, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələrinin, kommunal və digər şirkətlərin xidmətlərini plastik kartlar vasitəsilə ödəmək imkanı verir. Portalda qeydiyyatdan keçən 25 min istifadəçi şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyalarında hədiyyələr qazana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti