...

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi 10 milyard dollar təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 09:48 (UTC +04:00)
Son on il ərzində Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi on dəfə artıb və ölkələr növbəti beş il ərzində onun həcmini 10 milyard dollara çatdırmaq niyyətindədir.
Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi 10 milyard dollar təşkil edəcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Son on il ərzində Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsi on dəfə artıb və ölkələr növbəti beş il ərzində onun həcmini 10 milyard dollara çatdırmaq niyyətindədir. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Türkiyənin "Axşam" qəzeti yayıb.

"Cari ilin sonunadək biz əmtəə dövriyyəsini 4 milyard dollara çatdırmaq fikrindəyik. Bizim məqsədimiz mal dövriyyəsini növbəti beş il ərzində 10 milyard dollara çatdırmaqdır", - Ərdoğan deyib.

Bu gün Türkiyənin Baş naziri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) konfransında iştirak etmək üçün Azərbaycana gəlib.

Onun sözlərinə görə, səfərin gedişində müzakirələrin əsas mövzusu TANAP layihəsi olacaq. Tərəflər digər enerji layihələrini də müzakirə edəcəklər.

Xatırladaq ki, iyunun 26-da Azərbaycan və Türkiyə TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti