...

Bakıda saxta sement satışının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 18:05 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 6 ünvanında Samir Məhərrəmliyə və Alxan Rzayevə məxsus mağazalarda aparılan yoxlama zamanı mağazalarda satışda olan "Qaradağ-N" adlı M-400 markalı sementin etiketində çəkinin 401kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 3-7% az olduğu müəyyən edilib.
Bakıda saxta sement satışının qarşısı alınıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bakıda saxta sement satışının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 6 ünvanında Samir Məhərrəmliyə və Alxan Rzayevə məxsus mağazalarda aparılan yoxlama zamanı mağazalarda satışda olan "Qaradağ-N" adlı M-400 markalı sementin etiketində çəkinin 40+_1kq göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 3-7% az olduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti