...

Samir Şərifov: BVF Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proqramlarına böyük töhfə verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 15:12 (UTC +04:00)
Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Raca Əl Marzuqi və onu müşayət edən nümayəndə heyətini qəbul edib.
Samir Şərifov: BVF Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proqramlarına böyük töhfə verir

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Raca Əl Marzuqi və onu müşayət edən nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycandakı son makroiqtisadi tendensiyalar və perspektivlər, qeyri-neft sektorunun inkişafı, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın da iştirak etdiyi regional və beynəlxalq layihələr, 2012-ci il dövlət büdcəsinin icrası və 2013-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və digər məsələlər müzakirə olunub.

Şərifov Azərbaycanın BVF ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarına Fondun böyük töhfə verdiyini deyib.

Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyi barədə danışan missiya rəhbəri Raca Əl Marzuqi qeyri-neft gəlirlərinin artırılması, dövlət xərclərinin effektivliyinin yüksəldilməsi və özəl qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti