...

“Standard Capital” Azərbaycanın fond bazarında iki lisenziya üzrə işini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 12:30 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Standard Capital" şirkətinin QKDK-ya müraciəti əsasında şirkətin "qiymətli kağızların idarəolunması" üzrə lisenziyasının geri çağrılımasını qərar alıb.
“Standard Capital” Azərbaycanın fond bazarında iki lisenziya üzrə işini davam etdirir

Azərbaycan, Bakı, 22 noyabr / Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Standard Capital" şirkətinin QKDK-ya müraciəti əsasında şirkətin "qiymətli kağızların idarəolunması" üzrə lisenziyasının geri çağrılımasını qərar alıb. Trend-in məlumatına görə, bu barədə "AB Standard" şirkətlər qrupunun cümə axşamı yaydığı məlumatda deyilir.

"Buna səbəb şirkətin bu növ xidmət göstərməyə icazə verən lisenziyaya malik əməkdaşlarının sayının kifayyət qədər olmamasıdır", - məlumatda deyilir.

Qeyd edək ki, "Standard Capital" şirkəti hazırda QKDK tərəfindən verilən lisenziya əsasında iki əsas istiqamət üzrə - broker və diller xidmətlərini göstərməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti