...

İsmət Abasov: Azərbaycan buğda əkini sahələrini genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2012 13:38 (UTC +04:00)
2012-ci ildə buğda əkini sahələri ötən illə müqayisədə təqribən 5,5 faiz artıb.
İsmət Abasov: Azərbaycan buğda əkini sahələrini genişləndirib

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir C.Nəsibova/

2012-ci ildə buğda əkini sahələri ötən illə müqayisədə təqribən 5,5 faiz artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"Əkin işləri davam edir və hər il əkin sahələri artır. Gələn ilin proqnozlarına əsasən, təqribən 965 min hektar taxıl əkini sahələrinə ayrılacaq, bundan 250 min hektar arpa və digər taxıl bitkilərinin payına düşəcək", - nazir bildirib.

Onun sözlərinə görə, bu il əkin sahələrinə təqribən 800 min hektar ayrılıb, bunlardan 570 min hektara yaxını buğda, 230 min hektarı isə arpa və digər taxıl bitkilərinin payına düşür.

"Fermerləri məhsulun keyfiyyətini artırmaq məqsədilə mineral gübrələrdən istifadə etməyə çağırırıq", - Abasov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti