...

"Bank of Baku" Bolkart istifadəçiləri üçün yeni kampaniyaya start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2012 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

"Bank of Baku" Bolkart istifadəçiləri üçün yeni nağd pul kampaniyasına start verir.

Bankdan Trend-ə verilən məlumata görə, 28 noyabr - 10 dekabr tarixləri arasında "İdeal" mağazalar şəbəkəsində bir dəfəyə və ya toplam olaraq azı 150 manat və daha çox məbləğində alış-veriş etmiş Bolkart sahibləri növbəti gündən etibarən dekabrın 15-dək kartlarındakı vəsaiti nağdlaşdıra bilərlər. "İdeal" mağazalarında göstərilən məbləğdə alış-veriş etmiş Bolkart sahibləri yanvarın 10-dək faizsiz ödəniş imkanı qazanırlar. Nağdlaşdırmanın komissiya haqqı 2,5%-dir.

Bolkart - tamamilə pulsuz və limiti bərpa olunan bir kredit kartıdır. Bolkartdan "Bank of Baku" ilə tərəfdaş olan 350-dən çox tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən Bolkartı qısa müddət ərzində artıq 38 mindən çox şəxs əldə edib.

Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkələrinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti