...

2020-ci ilədək Azərbaycanın pensiya-sığorta sistemi tamamilə avtomatlaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2012 13:36 (UTC +04:00)
2020-ci ilədək Azərbaycanda pensiya-sığorta sisteminin idarə edilməsi tamamilə avtomatlaşdırılacaq.
2020-ci ilədək Azərbaycanın pensiya-sığorta sistemi tamamilə avtomatlaşdırılacaq

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Axundov /

2020-ci ilədək Azərbaycanda pensiya-sığorta sisteminin idarə edilməsi tamamilə avtomatlaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bazar ertəsi "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

"2020-ci ilədək DSMF-nin bütün istiqamətləri avtomatlaşdırılacaq. Bugünədək Dövlət Fondunun orqanlarının 84 faizinin fəaliyyəti avtomatlaşdırılıb, 2020-ci ilədək isə fondun bütün bu struktur bölmələrinin işi avtomatlaşdırılacaq", - Müslümov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda pensiyaların verilməsi üçün 600-dən artıq bankomat mövcuddur. 2020-cu ilədək pensiya kartları çip kartlar olacaq.

DSMF rəhbəri bildirib ki, 2020-ci ilədək fondun bütün ADSL qoşulmaları optik-lif rabitə xətləri ilə əvəz olunacaq.

"Pensiyaların təyin olunması və hesablanması da tam avtomatlaşdırılacaq. Bundan başqa, 2020-ci ilədək regional tədris mərkəzinin yaradılması planlaşdırılır", - Müslümov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti