...

Azərbaycan Türkiyədə dəmir yol xəttinin çəkilişini maliyyələşdirə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 11:43 (UTC +04:00)
Azərbaycan -Türkiyə sərhədindən Türkiyənin Qars şəhərinə qədər yeni dəmir yol xəttinin çəkilişi bir milyard dollara başa gələ bilər.
Azərbaycan Türkiyədə dəmir yol xəttinin çəkilişini maliyyələşdirə bilər

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.İsmayılov /

Azərbaycan -Türkiyə sərhədindən Türkiyənin Qars şəhərinə qədər yeni dəmir yol xəttinin çəkilişi bir milyard dollara başa gələ bilər. Bu barədə Trend-ə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

"Hazırda bu sahədə dəmiryol xətləri mövcud deyil və yeni dəmir yolu əlaqəsi layihəsinin reallaşdırılması üçün təxminən 240 kilometrə yaxın dəmir yolunun çəkilişi lazımdır", - Nəzirov deyib.

Onun sözlərinə görə, Türkiyə ərazisində dəmiryol xəttinin Azərbaycanın ayırdığı kredit hesabına inşa edilməsi mümkündür.

"Bu layihə çərçivəsində QSC artıq texniki tapşırığı hazırlayıb və o, artıq Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim olunub. Texniki tapşırıq yeni dəmir yol xəttinin layihələndirilməsini aparacaq Türkiyə tərəfinə də təqdim olunacaq", - Nəzirov bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə sərhəddə yerləşən Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun keyfiyyətinin yaxşılaşması üçün mövcud dəmir yol xəttinin (Ordubad-Sədərək) yenidən qurulması və müasirləşdirilməsi planlaşdırılır ki, bu da təxminən 240 kilometr təşkil edir. Bundan başqa vaqon parkının yenilənməsi nəzərdə tutulur. İlkin hesablamalara görə, bütün bu tədbirlərə təxminən 700 milyon dollar vəsait lazım olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti