...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2012 15:41 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,7847 manat səviyyəsində qalıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı 8 dekabr /Trend, müxbir A.Axundov/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,7847 manat səviyyəsində qalıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7847 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

26 noyabr

0,7849

3 dekabr

0,7847

27 noyabr

0,7849

4 dekabr

0,7845

28 noyabr

0,7848

5 dekabr

0,7848

29 noyabr

0,7847

6 dekabr

0,7848

30 noyabr

0,7847

7 dekabr

0,7847

Həftə ərzində orta

0,7848

Həftə ərzində orta

0,7847

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7838 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 3-də 0,7838 AZN/USD məzənnə ilə $1,67 mln.; dekabrın 4-də 0,7838 AZN/USD məzənnə ilə $1 mln.; dekabrın 5-də 0,7838 AZN/USD məzənnə ilə $2,56 mln.; dekabrın 6-da sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7838 AZN/USD səviyyəsində qalıb; dekabrın 7-də 0,7838 AZN/USD məzənnə ilə $0,45 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

26 noyabr

0,7839

3 dekabr

0,7838

27 noyabr

0,7839

4 dekabr

0,7838

28 noyabr

0,7839

5 dekabr

0,7838

29 noyabr

0,7839

6 dekabr

0,7838

30 noyabr

0,7840

7 dekabr

0,7838

Həftə ərzində orta

0,78392

Həftə ərzində orta

0,7838

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti