...

“FINCA Azerbaijan” ölkənin qərb regionunda filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2012 12:07 (UTC +04:00)

Daima inkişafda olan "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Qərb regionunda filialların sayının artırır. Dekabr ayının 19-20 tarixlərində Təşkilat Goranboy, Tovuz filialların və Dəliməmmədli, Göygöl, Samux sub-ofislərinin yeni ofislərin açılış mərasimlərini keçirib.

Tədbirlərdə "FINCA Azerbaijan"ın direktoru Maniş Sane və digər rəhbər şəxslər, yerli İcra Hakimiyyəti orqanların nümayəndələri, beynəlxalq Save the Children təşkilatın layihə koordinatoru və maliyyə təşkilatların mütəxəssisləri iştirak etdilər. Tədbir zamanı filialların və sub-ofislərin müasir ofisləri ilə tanışlıq keçirildi, "FINCA Azerbaijan"nın uğurla həyata keçirdiyi bir çox sosial və digər layihələr haqqında məlumat verildi, həmçinin qeyd olunan filiallar ilə uzun müddət ərzində əməkdaşlıq edən müştərilərə təşkilat tərəfindən hədiyyələr təqdim olundu.

"FİNCA Azerbaijan"ın direktoru Maniş Sane öz çıxışında bildirdi ki, qısa zamanda yeni Binəqədi və İsmayıllı filialların açılışı gözlənilir.

14 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" ölkə ərazisində 29 filial və 35 market ofisi vasitəsilə 135,000 nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 150 miliona yaxın USD təşkil edir. Bu göstəricilərə görə FINCA Azerbaijan təkcə ən böyük Mikro Maliyyə Təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti