...

Vergilər Nazirliyinin xüsusi proqram təminatlarının satın alınması üzrə təkliflər sorğusu baş tutmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2012 20:09 (UTC +04:00)
Vergilər Nazirliyinin xüsusi proqram təminatlarının, avadanlıqların və işlərin satın alınması üzrə təkliflər sorğusu baş tutmayıb.
Vergilər Nazirliyinin xüsusi proqram təminatlarının satın alınması üzrə təkliflər sorğusu baş tutmayıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Vergilər Nazirliyinin xüsusi proqram təminatlarının, avadanlıqların və işlərin satın alınması üzrə təkliflər sorğusu baş tutmayıb. Bu barədə Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir.

Qurumun tender komissiyası bildirir ki, tender təkliflərindən heç biri müvafiq tələblərə cavab vermədiyindən analitika, audit və proqnozlaşdırma sahələrində yüksək səmərəliliyin təmin olunması məqsədilə yaddaşda hesablamaları yüksək sürətlə aparan analitik platformanın üzərində intellektual təhlil metodlarının tətbiqi üçün xüsusi proqram təminatlarının, avadanlıqların və işlərin satın alınması üzrə 14 dekabr 2012-ci il tarixində keçirilmiş təkliflər sorğusu baş tutmamış hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti