...

Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 17:07 (UTC +04:00)
Yanvarın 16-da Sloveniyanın Baş naziri Yanez Yanşanın Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək.
Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Yanvarın 16-da Sloveniyanın Baş naziri Yanez Yanşanın Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, turizm, tikinti, səhiyyə, təhsil, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Biznes forum çərçivəsində Azərbaycan və Sloveniyanın iqtisadiyyatına dair təqdimatlar keçiriləcək və iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti