Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir S.Ağayeva/
Bakı-Kiyev marşrutu üzrə uçan və Ukrayna aerportunda əlverişsiz hava şəraitinə görə Tbilisidə enən təyyarə Bakı vaxtı ilə saat 14:00-dan sonra uçacaq. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Bakıdan Kiyevə uçan VV 420 reysinin təyyarəsi Borispol aeroportundakı əlverişsiz hava şəraitinə görə saat 7:30-da Tbilisidə enib.