...

Yaxın illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının xeyli artımı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2013 19:11 (UTC +04:00)
Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artımı 6 faizi ötüb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
Yaxın illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının xeyli artımı gözlənilir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Axundov/

Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artımı 6 faizi ötüb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"2012-ci ilin 11 ayının yekunları üzrə kənd təsərrüfatı məhsullarının istehsalı 5,7 faiz artıb. İlin yekunlarına dair rəsmi məlumat yoxdur, lakin əvvəlcədən demək olar ki, artım 6-7 faiz təşkil edib", - Abasov vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə altı faizlik artım yaxşı göstəricidir.

"Lakin Azərbaycanda aqrar sahənin inkişafı üçün yaradılan şəraiti və ölkədə kənd təsərrüfatının potensialını nəzərə alsaq, cari il artım daha çox olmalıdır. Yaxın illərdə kənd təsərrüfatı məhsullarının artım tempinin ciddi şəkildə yüksələcəyini gözləyirik", - Abasov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti