...

"Paşa Bank Georgia"nın fəaliyyət dairəsi müəyyən edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 17:35 (UTC +04:00)
Yanvarın 17-də Gürcüstan Milli Bankı Azərbaycanın aparıcı banklarından biri olan "Paşa Bank"ın ilk törəmə strukturu "Paşa Bank Georgia" bankına fəaliyyət üçün lisenziya verib.
"Paşa Bank Georgia"nın fəaliyyət dairəsi müəyyən edildi

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yanvarın 17-də Gürcüstan Milli Bankı Azərbaycanın aparıcı banklarından biri olan "Paşa Bank"ın ilk törəmə strukturu "Paşa Bank Georgia" bankına fəaliyyət üçün lisenziya verib.

Bankdan Trend-ə verilən məlumata görə, "Paşa Bank"ın əvvəllər Gürcüstanda fəaliyyət göstərən nümayəndəliyinin rəhbəri Anar İsmayılov bildirib ki, "Paşa Bank Georgia"nın fəaliyyəti ilk olaraq korporativ sektora xidmət göstərilməsinə istiqamətlənəcək, lakin sonra əməliyyatlar ölkənin kiçik və orta sahibkarlıq sahələrini (SME) də əhatə edəcək.

"Bundan əlavə, qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda, o cümlədən, bankın müştəri bazasında kifayət qədər çox sayda şirkətlər mövcuddur ki, onlar Gürcüstanda fəaliyyət göstərir. Bizim vəzifəmiz onların maliyyə maraqlarının və tələbatlarının təmin olunmasıdır. Eyni zamanda, Gürcüstanda banklar arasında kifayət qədər sərt rəqabət mövcuddur və bu təcrübə bizim üçün faydalı olacaq", - İsmayılov deyib.

Qeyd edək ki, "Paşa Bank Georgia" bankının nizamnamə kapitalı 35 mln. lari (təxmini olaraq 21 mln. dollar) təşkil edir. Strateji planlara əsasən, yaxın 1-2 il ərzində bank 60 mln. dollardan az olmayan aktivlər formalaşdırmağı qarşıya məqsəd qoymuşdur. Hələ ki, "Paşa Bank Georgia" Tbilisi şəhərində Rustaveli prospekti, 15 ünvanında yerləşən bir filialla təmsil olunacaq. Lakin yaxın gələcəkdə bank şəbəkəsinin Gürcüstanın qərb istiqamətində, Batumi və ya Poti kimi şəhərlərdə genişləndirilməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti