...

Azərbaycan sahibkarları və menecerləri üçün Almaniyada ixtisasartırma kursunda iştirak məqsədilə müsabiqə elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 15:33 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzi "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2013-cü ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edir.
Azərbaycan sahibkarları və menecerləri üçün Almaniyada ixtisasartırma kursunda iştirak məqsədilə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2013-cü ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, proqramın məqsədi Azərbaycanın şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, beynəlxalq təcrübəyə yiyələnməsinə, Almaniya şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:
• Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
• Menecment sahəsində azı 1 (bir) il iş təcrübəsi;
• Yaşı 45-dən çox olmamalı;
• İngilis dilini bilməli.
Qeyd edək ki, tədris ingilis dilində aparılacaq.
Almaniyada keçiriləcək ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:
1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);
2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).
İxtisasartırma kursu bu il aprelin 22-dən mayın 17-dək keçiriləcək.
Kurslar zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini Almaniya tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.
2013-cü il fevralın 26-28-də Almaniyanın GIZ təşkilatının mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcək.

Namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:
- Namizəd haqqında məlumat (Candidate Profile)
- Zəmanət məktubu (Letter of Refrence)
- Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış.

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytından əldə etmək mümkündür: www.bbtc.az
Sənədlər 2013-cü il fevral ayının 25-dək aşağıdakı ünvanda qəbul ediləcək: Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172, 4-cü mərtəbə, otaq 402, Tədrisin təşkili və metodikası şöbəsi
Əlaqələndirici şəxs: Məlahət Kazımova
Tel: (012) 431-39-07, 430-93-22, e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti