...

"Expressbank" kapitalını yeni normativin ikiqat həcminədək artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2013 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Fevralın 13-də Bakı Fond Birjasında (BFB) "Expressbank" ASC-nin 14 300 107 manat dəyərində buraxılan adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dən şənbə günü Trend-ə verilən məlumata görə, emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 273,2 manat olan 52 343 səhm buraxılıb. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması təklifi ilə müraciət edib", - məlumatda deyilir.

Səhmlərin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 87,4 milyon manatdan 101,7 milyon manatadək artırılacaq. Bununla da bankın kapitalı Azərbaycan Mərkəzi Bankının 2014-cü il yanvarın 1-nə olan normativ tələbini ikiqat üstələyəcək.

Ötən ilin yekunlarına görə, bankın məcmu kapitalı 98,077 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti