...

Azərbaycanın fond bazarının inkişaf prioritetləri müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2013 13:42 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə Kollegiya iclası keçirilib.
Azərbaycanın fond bazarının inkişaf prioritetləri müəyyənləşdirilib

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının Tədbirlər Planının icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə Kollegiya iclası keçirilib.

Komissiyadan Trend-ə verilən məlumata görə, iclasda QKDK-nın sədri Rüfət Aslanlı Dövlət Proqramının qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında əhəmiyyət rol oynadığını qeyd edərək onun müasirləşən Azərbaycanda müvafiq sahədə yeni institusional mühitin formalaşdırılmasına hədəfləndiyini qeyd edib.

Daha sonra "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının 2012-ci il üzrə tədbirlər planının icra statusuna dair hesabat dinlənilib.

Sonda Aslanlı Dövlət Proqramı çərçivəsində 2012-ci il ərzində həyata keçirilmiş tədbirləri yüksək qiymətləndirərək, Proqramın 2013-2014-cü illər üzrə səmərəli icrasını təmin etmək məqsədilə qiymətli kağızlar bazarında tələb və təklifin stimullaşdırılması, infrastrukturun təkmilləşdirilməsi, həmçinin qiymətli kağızlar bazarında məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti