...

İsmət Abasov: Azərbaycan heyvandarlıq məhsullarının satışı hesabına dünyada ticarət sektorunda mövqelərini möhləmləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 12:38 (UTC +04:00)
Azərbaycan Kənd Təsərüfatı Nazirliyi KTN) Avropa Birliyinin (AB) ekspertləri ilə birgə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin konsepsiyasını hazırlayıb.
İsmət Abasov: Azərbaycan heyvandarlıq məhsullarının satışı hesabına dünyada ticarət sektorunda mövqelərini möhləmləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A.Axundov /

Azərbaycan Kənd Təsərüfatı Nazirliyi (KTN) Avropa Birliyinin (AB) ekspertləri ilə birgə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin konsepsiyasını hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə KTN-nin rəhbəri İsmət Abasov cərşənbə günü "Ev heyvanlarının identifikasiyası və təsərüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək" tvininq layihəsinin yekunlaşmasına dair təşkil olunmuş tədbirdə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda bu xidmətin olmaması heyvanlarda müşahidə olunan xəstəliklərlə mübarizəni çətinəşdirir, həmçinin təmiz qanlı atların Avropaya satışını ləngidir.

Layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə 2011-ci ilin aprelindən həyata keçirilir.
Abasov bildirib ki, layihə çərçivəsində Azərbaycanın 12 regionundan 53 baytar həkim bu sistemin yaradılması üçün təşkil olunan seminarlarda iştirak edib. Baytarlıq xidmətinin ekspertlərindən təşkil olunan işçi qrupları AB-nə üzv ölkələrinə tədris məqsədilə səfərlər ediblər.

"Təlim-seminarlar nəticəsində ekspertlər tövsiyələr hazırlayıblar. Onların da əksəriyyəti "Ev heyvanların eyniləşdirilməsi və təsərrüfatların qeydə alınması" ilə bağlı konsepsiyaya daxil edilib. Konsepsiya İspaniya və Polşadan olan ekspertlərin iştirakı ilə hazırlanıb və özündə AB-nin qanunvericiliyində nəzərdə tutulan tələb və təklifləri əks etdirir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu sistemin tədbiqi ilə bu sahədə mövcud olan modellərə dəyişlik ediləcək. Bununlada "Baytarlıq", "Atçılıq" haqqında qanunlarda, Dövlət Baytarlıq Xidmətinin sturukturunda dəyişiklikərin, Heyvandarlıq təsərrüfatı və fermaların yenidən qeydiyyatdan keçməsi, heyvanların cinsinin idensifikasiyası üçün yeni sistemin işə salınması, onların qeydiyyatının həm ənənəvi, həm də elektron daşıyıcılara yazılması nəzərdə tutulub.

"Bu meyarların həyata keçirilməsi üçün müasir idarəetmə sistemi lazımdır. Bu sistem ölkənin ərzaq təhlükəsizliyini gücləndirəcək və heyvandarlıq məhsullarının satışı hesabına dünyada ticarət sektorunda möhkəmlənməsinə gətirəcək",- deyə Abasov qeyd edib.

Azərbaycanda AB-nin nümayəndiliyinin rəhbəri Rolan Kobia və Polşanın Azərbaycandakı səfirinin müavini Anderzey Kneifel bildiriblər ki, tərəflər layihənin həyata keçirilməsindən məmnundurlar və Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı davam etdirməyə hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti