...

Yunanıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2013 20:04 (UTC +04:00)
Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos aprel ayında Azərbaycana səfər edəcək.
Yunanıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/

Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos aprel ayında Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Yunanıstan xarici işlər nazirinin birinci müavini Dimitros Kurkulas Azərbaycan səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

"Səfərimin məqsədlərindən biri ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasına hazırlıqdır", - XİN rəhbərinin müavini deyib.

Kurkulasın sözlərinə görə, Yunanıstan Azərbaycan ilə ikitərəfli formatda və Avropa İttifaqı (Aİ) çərçivəsində əməkdaşlığın genişləndirilməsinə istiqamətlənib.

O deyib ki, Yunanıstanın 2014-cü ilin birinci rübündə Aİ-də prezidentliyi dövründə Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün əlavə imkan yaranacaq.

"Həmçinin qeyd etmək istəyirəm ki, Bakıya Yunanıstanın "Aegean Airlines" aviaşirkətinin birbaşa reysi ilə gəlmişəm. 2013-cü ilin may ayında bu marşrut üzrə uçuşlar mütəmadi olacaq", - nazir müavini qeyd edib.

İlk reysin mayın 28-də həyata keçirilməsi gözlənilir. Sonradan isə Afina-Bakı-Afina reysi çərşənbə axşamı və cümə günləri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti