Yardımlıda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 12 Mart 2013 16:11 (UTC +04:00)
Bu gün Yardımlı rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Yardımlı eayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Biznes-planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.
Yardımlıda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Bu gün Yardımlı rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Yardımlı eayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, SWOT təhlilin aparılması və bu sahələrdə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilib.

Treninqdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti