...

Sığorta şirkətləri Azərbaycanın pul bazarına çıxış imkanı əldə edəcəklər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 20:18 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjası (BBVB) və "Atəşgah Sığorta" şirkəti bu gün Bakıda birja elektron ticarət sistemində (BEST) "MONEY-MARKET" pul bazarında sığorta şirkətinin iştirakına dair müqavilə bağlayıblar.
Sığorta şirkətləri Azərbaycanın pul bazarına çıxış imkanı əldə edəcəklər (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.İsmayılov/

Bakı Banklararası Valyuta Birjası (BBVB) və "Atəşgah Sığorta" şirkəti bu gün Bakıda birja elektron ticarət sistemində (BEST) "MONEY-MARKET" pul bazarında sığorta şirkətinin iştirakına dair müqavilə bağlayıblar.

Trend-in məlumatına görə, müqaviləni BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və "Atəşgah Sığorta"nın İdarə heyətinin sədri Tələt Səfərov imzalayıblar.

Müqaviləyə əsasən, "Atəşgah Sığorta" iştirakçı banklar ilə bərabərhüquqlu olaraq topdan pul bank bazarına çıxış imkanları əldə edir. BBVB yeni iştirakçıya ticarət sisteminə çıxış təqdim edəcək, həmçinin hesablaşma və məlumat xidmətləri göstərəcək.

Fərhad Əmirbəyov imzalanma mərasimində deyib ki, "Atəşgah Sığorta" belə müqaviləni imzalayan ilk sığorta şirkətidir.

Onun sözlərinə görə, sığorta şirkətləri Azərbaycan bankları üçün likvidliyin vacib tədarükçüləridir və şübhəsiz ki, onlar depozit bazasını gücləndirəcəklər.

"Artıq bu ilin mayından etibarən sığorta şirkətləri BEST vasitəsilə ölkənin pul bazarına çıxa biləcəklər", - Əmirbəyov qeyd edib.

Ööz növbəsində, Tələt Səfərli bildirib ki, sığorta şirkəti pul vəsaitlərinin toplanması ilə məşğul olir və bundan sonra həmin vəsaitlər yerləşdirilməlidir.

Onun sözlərinə görə, vəsaitlərin yerləşdirilməsi sığorta şirkətinin fəaliyyətinin əsas istiqamətlərindən bidirir. "Lakin yerli bazar hələlik bu sahədə məhdud fəaliyyət alətlərinə malikdir. BEST-in işi öz likvidliyini idarə etmək, gəlirlərini artırmaq, habelə digər imkanları genişləndirmək məqsədilə şirkətlər üçün çox maraqlıdır", - Səfərli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti