...

"Bank of Baku" Bolkart sahiblərinə mobil danışıq balansı hədiyyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2013 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycanda nağdsız ödəmələri təşviq etmək məqsədilə "Bank of Baku" Bolkart kredit kart müştərilərinə mobil danışıq balansını hədiyyə edir.

Bankdan Trend-ə verilən məlumata görə, 19-20-21 mart 2013-cü il tarixlərində Bolkart ilə hər 100 manatlıq məbləğdə alış-verişə kart sahiblərinin mobil telefon nömrəsinə 21 dəqiqəlik danışıq haqqı yüklənəcək. Daha çox alış-veriş məbləğinə müvafiq olaraq daha çox danışıq haqqı yüklənəcək.

Hədiyyəli mobil danışıq balansı müştərinin bankda qeydiyyatda olan mobil telefon nömrəsinə yüklənəcək. Hədiyyəli balans martın 31-də 1 dəqiqə=5 qəpik hesabı ilə manat ekvivaletində köçürüləcək.

Xatırladaq ki, Azərbaycanın aparıcı nağdsız dövriyyə kartı olan Bolkart alınan malın dəyərini 1, 3, 6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. Bolkartı qısa müddət ərzində artıq 75 minə yaxın ölkə vətəndaşı əldə edib və bu rəqəm dinamik şəkildə artır. Bu gün Bolkartla ölkəmizin 600-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.

Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Ətraflı məlumat : 145 nömrəli Məlumat Mərkəzi və http://www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti