...

"Unibank" Albalı kart üzrə ödəniş müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 17:54 (UTC +04:00)
Martın 20-dən 26-dək Unibank-ın Albalı kartı ilə alış-veriş edənlər 500-dən artıq partnyor mağazada 3 aylıq əlavə taksitlə ödəniş imkanı qazanacaqlar.
"Unibank" Albalı kart üzrə ödəniş müddətini uzadıb

Azərbaycan, Bakı, 19 mart /Trend/

Martın 20-dən 26-dək Unibank-ın Albalı kartı ilə alış-veriş edənlər 500-dən artıq partnyor mağazada 3 aylıq əlavə taksitlə ödəniş imkanı qazanacaqlar.

Bankdan Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində 3 və daha uzunmüddətli ödənişlərə əlavə olaraq, 3 aylıq taksit imkanı da bank tərəfindən təqdim ediləcək. Yəni 3 taksitlilər üçün ödəniş müddəti 6 ay, 6 taksitlilər üçün 9 ay olacaq. Əlavə 3 taksitə görə malın qiymətində də heç bir dəyişiklik olmayacaq.

Unibank-ın Albalı kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. Albalı kart tamamilə pulsuzdur. Bu kart paytaxtdakı yüzlərlə mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. Albalı kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz Unibank-ın partnyor mağazasından 120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi Unibank-ın istənilən filialındakı "Cash-in" terminallarının köməyi ilə həyata keçirmək mümkündür.

Müştərilər Albalı kartı Unibank-ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən Albalı kartı bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. Albalı kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə onlayn sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldurmaq olar.

Albalı kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibank-ın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti