...

"TuranBank" səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2013 20:12 (UTC +04:00)
Aprelin 1-dən Bakı Fond Birjasında "TuranBank"ın 10 milyon manat həcmində buraxılan adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır.
"TuranBank" səhmlərinin yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 28 mart /Trend/

Aprelin 1-dən Bakı Fond Birjasında "TuranBank"ın 10 milyon manat həcmində buraxılan adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı birjanın yaydığı məlumatda deyilir.

Emissiya prospektinə hər birinin nominal dəyəri 1082 manat olan 9243 səhm daxil edilib. Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 40 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti