...

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin saxlanılması üçün 560 milyon dollar alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 14:56 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin xeyli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabətə davamlılığına mənfi təsirin aradan qaldırılması üçün 2013-cü ilin birinci rübü ərzində 560 milyon dəyərində valyuta sterilləşməsi keçirib.
Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin saxlanılması üçün 560 milyon dollar alıb

Azərbaycan, Bakı, 10 aprel / Trend, müxbir A. Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin xeyli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabətə davamlılığına mənfi təsirin aradan qaldırılması üçün 2013-cü ilin birinci rübü ərzində 560 milyon dəyərində valyuta sterilləşməsi keçirib. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov deyib.

"Mən deməzdim ki, valyuta bazarında fəallıq müşahidə edilir, lakin biz bunu milli valyutanın məzənnəsini sabit səviyyədə saxlamaq üçün edirik", - Rüstəmov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti