...

Azərbaycan Gürcüstan gömrüyünə kinoloji xidmətin yaradılmasında kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 18:20 (UTC +04:00)
Azərbaycan Gürcüstanın Gömrük İdarəsinə kinoloji xidmətin yaradılmasında kömək edəcək.
Azərbaycan Gürcüstan gömrüyünə kinoloji xidmətin yaradılmasında kömək edəcək

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Gürcüstanın Gömrük İdarəsinə kinoloji xidmətin yaradılmasında kömək edəcək. Bu barədə Gürcüstan Maliyyə Nazirliyi yanında Gömrük İdarəsinin rəisi Laşa Xuçişvili ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

"Gürcüstanda kinoloji xidməti yaratmaq qərarına gəliblər. Görüş zamanı bu məsələdə gürcü həmkarlarımıza kömək yolları müzakirə olunub", - Əliyev deyib.

Xuçişvilinin sözlərinə görə, Gürcüstan kinoloji xidmətin yaradılması sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Bundan başqa, DGK rəhbərinin sözlərinə görə, tərəflər birgə kursların keçirilməsi barədə müzakirələr aparıblar.

"Bizim mütəxəssislərimiz gömrük rəsmiləşdirməsi və gömrük prosedurlarının sadələşdirilməsi sahəsində Gürcüstanın təcrübəsi ilə tanış olacaqlar", - Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti