...

“DəmirBank” da əhalinin əmanətləri 25,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

"DəmirBank"ın aktivləri 1 aprel 2013-cü il tarixinə 373,6 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 15,3 mln. manat çoxdur. Bu barədə Trend-ə çərşənbə axşamı bankdan daxil olan məlumatda bildirilir.

Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 8,9 mln. manat və ya 3,3 faiz artaraq 274,4 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2013-cü il tarixinə 168,2 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 aprel 2013-cü il tarixinə 138,7 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 25,6 faiz və ya 28,3 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 aprel 2013-cü il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56,5 mln. manat olub.

Ölkənin ilk kommersiya bankı olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" Fitch Ratings və Planet Rating agentliklərinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti