Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Axundov/
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDİTB) onlayn rejimdə region şirkətlərindən təkliflərin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə QDTİB-in saytında yerləşdirilən məlumatda deyilir.
"Bu alət kağız süründürməçiliyini və öz vaxtına qənaət edərək, şirkətlərə maliyyələşdirməyə görə müraciət etməyə icazə verəcək. Müraciətin elektron formasının tətbiqi QDTİB-in xidmətlərinə artan tələbata cavab verir və bankın əməkdaşlarına layihələrin hazırlanması prosesini sürətləndirməyə kömək edəcək", - məlumatda bildirilir.
Müraciət üçün: http://www.bstdb.org/products-and-services/online-business-proposal-form