...

Murad Bakır yenidən TÜSİAB-ın sədri seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2013 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A. Tağıyeva/

Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) sədri Murad Bakır yeni müddətə cəmiyyətin rəhbəri vəzifəsinə seçilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi TÜSİAB-ın yaydığı xəbərdə deyilir. Seçkilər hər il keçirilir.

Xəbərdə deyilir ki, dünən keçirilən TÜSİAB-ın idarə heyətinin üzvlərinin 19-cu iclasına həsr edilmiş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Milli Məclisin deputatı Musa Qasımlı və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev iştirak ediblər.

Tədbirdə çıxış edən Musayevin sözlərinə görə, türkiyəli iş adamlarının fəaliyyəti sayəsində Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi 4,5 milyard dollara çatıb. Musayev qeyd edib ki, lakin iki ölkənin hədəfi illik əmtəə dövriyyəsininin həcmini 10 milyard dollaradək çatdırmaqdır.

Tədbirdə, həmçinin TÜSİAB-ın idarə heyətinin üzvlərinin tərkibi təsdiq edilib. Bundan əlavə, cəmiyyətin İntizam Komissiyasının üzvləri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti