...

"AtaBank"dan VISA kartları vasitəsilə hədiyyələr

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2013 16:00 (UTC +04:00)
2013-cü il mayın 16-dan etibarən "AtaBank" ASC "VISA ilə həyat daha rahatdır" kampaniyasına başlayır.
"AtaBank"dan VISA kartları vasitəsilə hədiyyələr

Azərbaycan, Bakı, 17 may /Trend/

2013-cü il mayın 16-dan etibarən "AtaBank" ASC "VISA ilə həyat daha rahatdır" kampaniyasına başlayır.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, aksiya 31 iyul 2013-cü il tarixinədək qüvvədədir.

Kampaniya çərçivəsində müştəri AtaBank-da VISA kartı sifariş etdikdə aşağıdakı hədiyyələri qazanır:

"VISA Classic" kartı açdıran müştərilər:

- "Buta Sığorta"da avtomobillərin KASKO sığortasına 20% endirim;
- "Sabina" parfümeriya mağazaları şəbəkəsində 10% endirim və hədiyyə;
- "World Telekom"da bütün aksesuarlara 10%, "Al-Dəyiş" proqramında iştirak edənlərə 50% endirim;
- Park Cinema-dan hədiyyə.

"VISA Gold", "VISA Platinum" və "VISA Infinite" kartı açdıran müştərilər:

- "Buta Sığorta"da avtomobillərin KASKO sığortasına 40% endirim;
- "Sabina" parfumeriya mağazaları şəbəkəsində 20% endirim və hədiyyə;
- "World Telekom"da bütün aksesuarlara 30%, "Al-Dəyiş" proqramında iştirak edənlərə 100% endirim;
- Park Cinema-dan hədiyyə;
- "Sumakh" restoranında bütün menyuya 20% endirim.

Böyük endirimlər əldə etmək fürsətini qaçırmayın!

Qeyd edək ki, "AtaBank" 2004-cü ildən "VISA International" beynalxalq ödəniş sisteminin üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank"ın xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün: www.atabank.com; www.facebook.com/AtaBank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti