Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Axundov/
Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının altıncı emissiyasından 10 milyon manat yerləşdirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.
Hərraca 10 milyon manat həcmində istiqrazlar çıxarılıb, lakin tələbat təklifi 3,71 faiz üstələyib.
Sifarişlər iki investor tərəfindən 10,37 milyon manat həcmində təqdim edilib. Sifarişlər 101,1917 faiz qiymətdə təqdim edilib.
İstiqrazların tədavül müddəti 2022-ci il noyabrın 6-na qədərdir.