Azərbaycan, Bakı, 21 may /Trend/
Azərbaycanda ən populyar sosial şəbəkə olan "Facebook"un "AtaBank" səhifəsində bankın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "AtaBank" ASC-nin yaydığı məlumatda deyilir.
"Facebook" səhifəsində "AtaBank"ın fanlarının ən çox marağına səbəb olan aksiyalar burada keçirilən müsabiqələrdir. Qaliblərə bahalı hədiyyələr qazandıran bu cür aksiyalar iştirakçılar tərəfindən maraqla izlənir. Elə bu yaxınlarda "AtaBank"ın "Facebook" səhifəsində fanlar üçün yeni "AtaBank- dan Hədiyyə!" kampaniyası keçirilib.
Bu gün "AtaBank"da facebook səhifəsinin 10 000-ci fanı olan Rəhimova Könülə dəyərli hədiyyələr və 100 manat olan plastik kart hədiyyə təqdim olundu. Elə bundan əvvəl də aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar "AtaBank" tərəfindən dəyərləndiriliblər. Məsələn, "Facebook" səhifəsini bəyənən 1000,1500 və 2000-ci istifadəci bankdan plastik kart hədiyyə alıb. Lakin "AtaBank" sosial şəbəkələrdə fəaliyyətini yalnız "Facebook"la məhdudlaşdırmır. Müştərilər bankı digər populyar sosial şəbəkələr olan - "Twitter", "Youtube", "Linkedin", "Google+" və digərlərində görə bilərlər.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər internet səhifəmizi ziyarət edə bilərsiniz - www.atabank.com/