...

"Standard Capital" "Bank of Baku"nun istiqrazlarını tədavülə buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2013 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend/

"Standard Capital" mayın 23-dən etibarən "Bank of Baku" ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsini həyata keçirməyə başlayacaq.

İstiqrazlar iki dəfə, ödəniş tarixləri 34 və 38 ay olmaqla hərəsi 5 milyon manat həcmində hərraca çıxarılacaq. İstiqrazların dövlət nömrələri AZ2008005368 və AZ2007005369 təşkil edir. Ödəniş kuponları hər 6 aydan bir, 12% illik gəlirlik səviyyəsilə icra ediləcək.

Qiymətli kağızların market-meykeri qismində çıxış edən "Bank Standard" birjada gündəlik qiymətləri təyin etməklə istiqrazların dövriyyə müddəti ərzində likvidliyini təmin edəcək.

"Standard Capital" Azərbaycanda ilk fəaliyyətə başlayan broker şirkətlərindən biridir. Şirkət öz müştərilərinə broker xidmətlərinin tam çeşidini təklif edir. Bura broker-diller xidmətləri, anderrayter və market-meyker xidmətləri, həmçinin onlayn platforma vasitəsilə dünyanın 25 birjasında ticarət etmək imkanları daxildir.

Hərracda iştirakla bağlı 497-55-01 nömrəli telefon vasitəsilə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti