Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Əliyev/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə Azərbaycanda lotereyaların təşkilinin və keçirilməsinin yeni qaydaları təsdiqlənib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi QKDK-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Məlumatda deyilir ki, yeni qaydalar lotereya təşkilatçısı tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili, keçirilməsi, məlumatların açıqlanması və hesabatların QKDK-ya təqdim edilməsi proseslərini tənzimləyir:
"Həmçinin, qaydalarda lotereya biletlərinin elektron formada satılması üzrə tələblər müəyyən edilmiş, habelə elektron nəzarətin həyata keçirilməsi mexanizmləri öz əksini tapıb".