...

ARDNŞ-in bondlarının buraxılışına hazırlıq prosesi sentyabradək təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2013 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E. Əliyev/

ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin qiyməli kağızlar bazarına çıxışı bu bazara güclü stimullaşdırıcı təsir göstərəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) rəhbəri Rüfət Aslanlı bildirib:

"Dövlət Neft Şirkəti bizim birjamızda faktiki olaraq "mavi fişka" olacaq. Bundan əlavə bu qiymətli kağızlar böyük sosial əhəmiyyət kəsb edəcək. Çünki gələcəkdə onları əhali əldə edəcək ki, bu da onların sahiblərinə ARDNŞ-in fəaliyyətindən faizlər şəklində müəyyən gəlirlər əldə etmək imkanı yaradacaq".

Dövlət Neft Şirkətinin istiqraz vərəqələrinin buraxılması prosesinə toxunan Aslanlı bildirib ki, şirkət kimi ARDNŞ İlkin Açıq Yerləşdirməyə (İPO) çıxmağa, həmçinin, öz qiymətli kağızlarının birjada satılmasına çoxdan hazırdır: "Məlum olduğu kimi, şirkət artıq bir neçə ildir ki, London Fond Birjasında qiymətləndirilir. Hələlik, korporativ istiqraz vərəqələrinin buraxılışı barədə rəsmi müraciət edilməyib, lakin, biz buraxılış, gəlirlilik və tələbatın parametrləri barədə çox intensiv məsləhətləşmələr və qeyri-formal müzakirələr aparırıq. Qarşıdan yay mövsümü gəlir və mən hesab edirəm ki, sentyabr ayında biz bu məsələyə qayıdacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti