...

"Paşa Həyat Sığorta" ipoteka alan şəxsin vəfat etməsilə əlaqədar ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 14:33 (UTC +04:00)
Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC könüllü həyat sığortası üzrə növbəti irihəcmli ödənişini həyata keçirib.
"Paşa Həyat Sığorta" ipoteka alan şəxsin vəfat etməsilə əlaqədar ödəniş edib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC könüllü həyat sığortası üzrə növbəti irihəcmli ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ASC-nin yaydığı məlumatda deyilir.

Sığorta ödənişi ipoteka götürən şəxsin həyat sığortası növü üzrə baş vermiş sığorta hadisəsinə görə verilib. Belə ki, "PAŞA Həyat Sığorta" ASC-də sığortalanmış şəxsin vəfat etməsi nəticəsində, müəyyən edilmiş sığorta ödənişi - 32 767 manat həcmində vəsait müvəkkil bankın müvafiq hesabına köçürülüb.

Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək "PAŞA Həyat" tərəfindən 421 min manat həcmində sığorta ödənişi həyata keçirilib ki, bunun da 349 342 manatı icbari sığortanın, 71 415 manatı isə könüllü sığorta növlərinin payına düşüb.

"PAŞA Holding" şirkətlər qrupuna daxil olan "PAŞA Həyat Sığorta" ASC 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-aprel aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 11,263 milyon manat, ödənişləri isə 347 min manata yaxın olub. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti