...

DB Azərbaycanda məişət tullantılarının idarə olunması üçün 47 milyon dollar əlavə vəsait ayrılmasını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2013 11:30 (UTC +04:00)
Dünya Bankının (DB) İcraçı Direktorlar Şurası cümə axşamı Vaşinqtonda keçirilən iclasında Bakıda məişət tullantıların idarə olunması üzrə layihəyə (Integrated Solid Waste Management Project) 47,1 milyon dollar həcmində əlavə vəsaitin ayrılması haqqında qərarı təsdiqləyib.
DB Azərbaycanda məişət tullantılarının idarə olunması üçün 47 milyon dollar əlavə vəsait ayrılmasını təsdiqləyib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Əliyev/

Dünya Bankının (DB) İcraçı Direktorlar Şurası cümə axşamı Vaşinqtonda keçirilən iclasında Bakıda məişət tullantıların idarə olunması üzrə layihəyə (Integrated Solid Waste Management Project) 47,1 milyon dollar həcmində əlavə vəsaitin ayrılması haqqında qərarı təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə DB-nin saytında yerləşdirilən məlumatına bildirilir.

DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin sözlərinə görə, layihə heyranedici nəticələrə səbəb olub: "Bakıda təxminən 80 faizə yaxın qeyri-rəsmi zibillik ləğv olunub, tullantıların idarə olunması üzrə rəsmi sistem tərəfindən xidmət göstərilən əhalinin sayı isə 15 faiz artıb".

DB-nin hesablamalarına görə, Böyük Bakıda il ərzində məişət tullantılarının həcmi 1,8 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti