...

Bu ilin 6 ayında DSMF-yə xarici ölkələrin sığorta-pensiya qurumları tərəfindən müraciətlərin sayı 35 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 10:47 (UTC +04:00)
2013-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb.
Bu ilin 6 ayında DSMF-yə xarici ölkələrin sığorta-pensiya qurumları tərəfindən müraciətlərin sayı 35 faiz artıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

2013-cü ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb. Belə ki, ötən 2012-ci ilin analoji dövrü ilə müqayisədə bu qəbildən olan müraciətlər 35 faiz artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü fonddan daxil olan məlumatda deyilir.

Cari ilin ilk 6 ayı ərzində DSMF-yə daxil olan 1 620 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1148 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Çümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 88 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir. DSMF-yə daxil olan digər 384 müraciət isə ayrı-ayrı xarici ölkələrin və yerli rayon şöbələrinin, həmçinin vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti