Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.Xəlilova/
2013-cü ilin iyun ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 68,7 mindən çox sığorta müqaviləsi bağlanıb ki, bunların da 21,2 minə qədəri xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və bir ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.
Trend Büroya istinadən məlumat verir ki, bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği ümumilikdə 5,2 milyon manatdan çox olub.
Cari ilin iyun ayında orta sığorta haqqı 73,7 manat təşkil edib.
2013-cü ilin altı ayı ərzində bağlanmış icbari sığorta müqavilələrinin sayı 439,2 mindən, daxil olan sığorta haqlarının məbləği isə 32,4 milyon manatdan çox olub. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5%, sığorta haqlarının məbləğində isə 7% azalma müşahidə edilib.
2013-cü ilin altı ayı ərzində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərindən 7737-i üzrə 10,8 milyon manatdan çox sığorta ödənişi həyata keçirilib. Ödənilmiş sığorta tələblərinin zərərin növü üzrə bölgüsü və həyata keçirilmiş sığorta ödənişlərinin məbləği aşağıdakı cədvəldə göstərildiyi kimidir:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
7 295 |
9 990 596 |
224 |
382 097 |
158 |
153 850 |
60 |
300 000 |
İştirakçı sığorta şirkətlərinə qarşı irəli sürülən 263 sığorta tələbi isə baxılma mərhələsindədir.
2013-cü ilin altı ayı ərzində İcbari Sığorta Bürosu tərəfindən 11 kompensasiya tələbi üzrə 28 191 manat kompensasiya ödənişi həyata keçirilib. Kompensasiya tələblərindən 7-si şəxsin sağlamlığına dəyən zərər, digər 4-ü isə şəxsin ölümü ilə bağlı olaraq ödənilib.