...

"ExpressBank" nizamnamə kapitalını yenidən artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 19:08 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "ExpressBank" ASC-nin 112,32 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"ExpressBank" nizamnamə kapitalını yenidən artırır

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "ExpressBank" ASC-nin 112,32 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend cümə axşamı QKDK-nin rəsmi saytına istinadən məlumat verir.

Emissiyanın yerləşdirilməsi 301,7 manat nominalında 372,28 min səhmin 273,2 manat nominallı eyni həcmdə səhmə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Bununla da bankın nizamnamə kapitalı 10,43 faiz artaraq 101,7 milyon manatdan 112,3 milyon manatadək çatacaq. Bu da Azərbaycan Mərkəzi Bankının 2014-cü il yanvarın 1-dən tətbiq edəcəyi kapitallaşmaya qarşı yeni normativ tələbi (50 milyon manat) 2,25 dəfə üstələyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti