...

Azərbaycan Beynəlxalq "Səhiyyə" sərgisinin keçirilmə tarixi dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2013 15:47 (UTC +04:00)
Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE”) sərgisinin keçirilmə tarixi dəyişdirilib. Belə ki, daha əvvəl sentyabr ayına planlaşdırılan “BIHE 2013” sərgisi 31 oktyabr - 2 noyabr 2013-cü il tarixində keçiriləcək.
Azərbaycan Beynəlxalq "Səhiyyə" sərgisinin keçirilmə tarixi dəyişdirilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Beynəlxalq "Səhiyyə" ("BIHE") sərgisinin keçirilmə tarixi dəyişdirilib. Belə ki, daha əvvəl sentyabr ayına planlaşdırılan "BIHE 2013" sərgisi 31 oktyabr - 2 noyabr 2013-cü il tarixində keçiriləcək.

Iteca Caspian-dan Trend-ə verilən məlumata görə, tibb və səhiyyə sahəsində regionun yeganə ixtisaslaşdırılmış tədbiri olan "BIHE" sərgisi hökumət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, təcrübə keçən həkimlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş meydançasına çevrilmişdir. "BIHE" sərgisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənməsi sərginin yüksək statusunu sübut edir.

Sərgiyə həm xarici, həm də yerli şirkət və təşkilatların göstərdikləri maraq artıq hazırkı mərhələdə sərgi ekspozisiyasının ötən il ilə müqayisədə 20% artacağını proqnozlaşdırmağa imkan verir. "BIHE" sərgisi ənənəvi olaraq tibbi məhsul və xidmətlərin geniş spektrini təqdim edir: tibb və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istifadə (sərfiyyat) materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnologiyalı diaqnostika və müalicə metodları, səmərəli texnologiya və xidmətlər, tibbi texnika və s.

"BIHE" sərgisinə paralel olaraq, həmin tarixlərdə daha iki tədbir - 8-ci Azərbaycan Beynəlxalq "Stomatologiya" sərgisi və "Beauty Azerbaijan 2013" 7-ci Azərbaycan Beynəlxalq "Gözəllik və Estetik tibb" sərgisi keçiriləcək. Builki sərgidə Azərbaycan, Belarus, Almaniya, Türkiyə, ABŞ, İtaliya, Rusiya, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edirlər. Çexiya Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə sərgiyə qoşulan Çexiya ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edəcək. Türkiyənin klinikaları bu il növbəti dəfə sərgidə iştirak edirlər. Yerli iştirakçıların siyahısına "Medeks", "Labservis", "CaspiDent", "Beauty Aesthetic", "Gazelli", "ZNK" və s. şirkətlər daxildir. Hazırda sərgi iştirakçılarının qeydiyyatı fəal surətdə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti