...

"Bank Technique"in Yasamal filialı yeni ünvanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2013 17:43 (UTC +04:00)
"Bank Technique" ASC filiallarının geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətə uyğun olaraq Yasamal filialının da yerini dəyişib.
"Bank Technique"in Yasamal filialı yeni ünvanda

Azərbaycan, Bakı, 29 iyul /Trend/

"Bank Technique" ASC filiallarının geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətə uyğun olaraq Yasamal filialının da yerini dəyişib.

ASC-dən Trend-ə verilən məlumata görə, belə ki, bankın Yasamal filialı Yasamal rayonu, 7-ci Sallaqxana küçəsi, 7 ünvanından 547-ci məhəllə, İnşaatçılar prospekti, 3 ünvanında yerləşən yeni təmir olunmuş binaya köçüb. Üstün xidmət səviyyəsi təqdim olunan filialda bankın müştərilərinə yüksək texnoloji xidmət göstərilməklə yanaşı, onların istifadəsinə bir-birindən faydalı və fərqli məhsullar da təklif olunur.

Hazırda bankın Bakı şəhəri və regionlarda 32 filial və 6 şöbəsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti