...

Azərbaycanın həyat sığortası bazarı təxminən 3 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2013 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycanda həyat sığortası ilə məşğul olan "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" şirkətləri 2013-ci ilin yanvar-iyul aylarında həyat sığortasının bütün növləri üzrə 40,67 milyon manat toplayıblar ki, bu da ötən ilin analoji dövr göstəricisini 58 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin 2013-ci ilin yanvar-may aylarında sığorta şirkətlərinin fəaliyyəti haqqında hesabatında deyilir.

Bununla yanaşı, şirkətlərin yığımlarının ümumi həcmində həyat sığortası üzrə mükafatların payı il ərzində 12,78 faizdən 17,76 faizədək artıb.

Bu növlər üzrə ödənişlər də artıb: 2013-ci ilin yanvar-iyul aylarında 2,467 milyon manat dəyərində dəymiş ziyan ödənilib ki, bu da ötən ilin göstəricisindən 30 faiz çoxdur.

2013-ci ilin 7 ayında şirkətlər istehsalatda peşə xəstəlikləri və bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 19 milyon manat toplayıblar. Bu, ötən ilin analoji dövr göstəricisindən 10 faiz çoxdur.

Könüllü həyat sığortası üzrə yığımlar il ərzində 2,56 dəfə artaraq 21,68 milyon manata çatıb. Həyat sığortası sahəsində yığımların böyük hissəsi (18,85 milyon manat) ömrün qalan hissəsinin sığortasının payına düşüb. Qalan hissə ölum halının sığortalanması (2,71 milyon manat) və sağalmaz xəstəliklərdən sığortalanma (114,76 min manat) hesabına təmin edilib.

Ötən il könüllü həyat sığortası üzrə 1,76 milyon manat, icbari həyat sığortası üzrə təxminən 700 min manat məbləğində ödənişlər həyata keçirilib.

2013-ci ilin yanvar-iyul ayları üzrə ölkədə fəaliyyət göstərən bütün şirkətlərin mükafatlarının ümumi həcmi 228,97 milyon manat təşkil edib (il ərzində 13,63 faiz artım), hesabat dövründə ödənişlər isə 68,88 milyon manat (artım 39,4 faiz) olub.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin hesabatında AzRE yeganə təkrarsığorta şirkətinin fəaliyyətinin yekunları göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti