...

"Xalq Kapital" MMC-nin lisenziyalarının fəaliyyəti bərpa edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 18:53 (UTC +04:00)
“Xalq Kapital” MMC-nin müraciətinə əsasən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən şirkətin broker və diler lisenziyalarının fəaliyyəti bərpa edilib.
"Xalq Kapital" MMC-nin lisenziyalarının fəaliyyəti bərpa edilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

"Xalq Kapital" MMC-nin müraciətinə əsasən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən şirkətin broker və diler lisenziyalarının fəaliyyəti bərpa edilib. Bu barədə Trend Komitənin rəsmi saytına istinadən məlumat verir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 aktivlərin idarə olunması, 1 fond birjası və 2 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti