Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Bank Technique "Apple" şirkətinin iOS 7 yeni mobil əməliyyat sisteminin istifadəyə verilməsi ilə əlaqədar olaraq, "MobilBank" tətbiqini yeniləyib. Bu barədə Trend-ə bankdan daxil olan məlumatda deyilir.
Yeni əməliyyat sisteminin dəstəyindən əlavə, tətbiqin ekran formaları da yeni buraxılmış iPhone telefonlarının ekranlarına uyğun optimallaşdırılıb.
"MobilBank" xidməti şəxsi bank hesabını mobil telefonla idarə etməyə və bir sıra əməliyyatlar (balansı yoxlamaq, çıxarış əldə etmək, kommunal ödənişlər etmək, pul köçürmək və s.) aparmağa imkan verir.
"Apple" qurğuları üçün "MobilBank" tətbiqini "iTunes"dan yükləmək mümkündür. "Android" əməliyyat sistemindəki qurğuların sahibləri də Bankın "MobilBank" xidmətindən yararlana bilərlər. Bunun üçün tətbiqi "Google Play"dən yükləmək kifayətdir.
"MobilBank" xidməti haqqında daha ətraflı məlumatı bankın saytəndan əldə edə bilərsiniz.