...

Baku HR Experince tədbirində "HR Awards in Excellence" təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 11:13 (UTC +04:00)
Artıq bir çoxlarınızın bildiyi kimi, bu payız Bakı Azərbaycanda ilk qlobal HR tədbirə ev sahibliyi edəcək. "Baku HR Experience" Gazprom, Coca Cola, Expedia, Statoil, eBay və digər tanınmış beynəlxalq şirkətlərdən olan HR mütəxəssisləri bir araya gətirəcək.
Baku HR Experince tədbirində "HR Awards in Excellence" təqdim olunacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Artıq bir çoxlarınızın bildiyi kimi, bu payız Bakı Azərbaycanda ilk qlobal HR tədbirə ev sahibliyi edəcək. "Baku HR Experience" Gazprom, Coca Cola, Expedia, Statoil, eBay və digər tanınmış beynəlxalq şirkətlərdən olan HR mütəxəssisləri bir araya gətirəcək. Onlar 4 və 5 Noyabr 2013 tarixlərində yerli HR mütəxəssislər ilə birgə dünyadakı ən son trendlər və problemlər haqqında müzakirə aparmaq üçün Azərbaycanı ziyarət edəcəklər.

Bizə bu yaxınlarda məlumat verilib ki, tədbirə həmçinin Azərbaycanda ilk dəfə "Excellence in HR" Mükafatlandırma Mərasimi baş tutacaq. Mükafatlar Azərbaycan bazarında HR sahəsinin ən yaxşı mütəxəssilərinə, komandalarına və strategiyalara təqdim olunacaq. Prosesin ədalətli olması üçün iştirakçılar arasında namizədləndirmə olmayacaq, əvəzində özləri buradan (http://thepworld.com/hr_awards) ərizə formasını dolduraraq müraciət edəcəklər.

Münsiflər heyyəti konfransda çıxış edəcək beynəlxalq mütəxəssislərdən təşkil olunub: Rainer Jenson, Təşkilati İnkişaf və İdarə Təhsili Direktoru Coca Cola Erfrischungsgetraenke AG; Britaniya İmperiyasının Ən Mükəmməl Nizamının üzvü, CIPD iştirakçısıBritish Telecom Keçmiş Qrup HR Direktoru; Rob Veersma, Təlim və İnkişaf Direktoru Gazprom International; Annemie Ress, keçmiş Qlobal eBay və Skype HR Direktor, Purple Beach platformasının banisi.

Güclü HR inkişafı və/ və ya innovativ təşəbbüsləri ilə fərqlənən yerli şirkətlərin müraciət etməsi yüksək dərəcədə tövsiyə olunur.

P World tərəfindən təşkil olunan Baku HR Experience tədbiri Platin Sponsor olaraq The HR Company (HRC), Qızıl Sponsor olaraq Nar Mobile və tədbirin Ən Yaxşı İşəgötürəni olaraq PAŞA Bank tərəfindən dəstəklənir.

Layihənin media tərəfdaşları bunlardır: trend.az, Boutique Magazine, biznesinfo.az, jobs.day.az, Zerkalo qəzeti.

Baku HR Experience ödənişli tədbirdi və biletlərin qiyməti erkən qeydiyyat sistemi ilə işləyir: daha erkən qeydiyyat, daha aşağı qitmətə olur. Ətraflı məlumat və qeydiyyat üçün zəhmət olmasa, bu keçiddən istifadə edin:

http://www.thepworld.com/pevents/event/56/baku-hr-experience

Məqalədə:
Xəbər lenti

Xəbər lenti