...

Qobustan və İsmayıllı rayonlarının 4 kəndinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2013 18:15 (UTC +04:00)
Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli, həmçinin, İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri uğurla başa çatdırılıb və yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar kəndlərdə açılış mərasimləri keçirilib.
Qobustan və İsmayıllı rayonlarının 4 kəndinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli, həmçinin, İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri uğurla başa çatdırılıb və yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar kəndlərdə açılış mərasimləri keçirilib. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov bildiribr ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir:

"Hazırda "Azərsu" ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 300-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur. Bu gün daha 2 rayonun 4 kəndində yeni su təchizatı sistemləri istifadəyə verildi. Bununla da içməli sudan əziyyət çəkən Qobustan rayonunun Ərəbqədim, Göydərə, Cəmcəmli və İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin 4 minə qədər sakini fasiləsiz qaydada içməli su ilə təmin olunub".

Qeyd edək ki, "Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli kəndlərinin içməli su təchizatı sistemlərinin yaradılması layihəsi" Ərəbqədim kəndində 1522, Göydərə kəndində 548, Cəmcəmli kəndində 1309 olmaqla, ümumilikdə 3379 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

Həmin kəndlərə içməli su rayon mərkəzini su ilə təmin edən mənbədən - Təsi kəndi yaxınlığındakı subartezian quyularından verilir. Yeni layihəyə əsasən, Daşarası anbarından içməli suyun özüaxımlı rejimdə nəqlini təmin etmək üçün polad borularla (159 mm diametrli) Ərəbqədim kəndinə 10200 metr, buradan isə Göydərə kəndinə 2010 metr uzunluğunda (114 mm diametrli) magistral su xətləri çəkilib. Ərəbqədim və Göydərə kəndlərinin hər birində ümumi istifadə üçün 1 ədəd bulaq və su dayağı quraşdırılıb.

Rayonun Cəmcəmli kəndinə də içməli su Daşarası anbarından verilir. Bu məqsədlə 1000 metr uzunluğunda (114 mm diametrli) magistral, 900 metr uzunluğunda kənddaxili su xətləri çəkilib. Kənd ərazisində ümumi istifadə üçün 2 ədəd bulaq quraşdırılıb.

İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndində icra olunan layihə nəticəsində isə 531 sakinin içməli su təchizatı yaxşılaşıb. Layihəyə əsasən, kəndin yaxınlığında 1 ədəd yeni subartezian quyusu qazılıb və hər birinin tutumu 100 kubmetr olan 2 ədəd su anbarı tikilib. Su mənbəyindən kəndə qədər müxtəlif diametrli polietilen borularla 2096 metr uzunluğunda magistral su xətti çəkilib. İlk dəfə olaraq kənd ərazisində ümumi uzunluğu 5355 metr olan paylayıcı su şəbəkəsi yaradılıb, 100-dək ünvana birləşmə verilib. Kəndin mərkəzində ümumi istifadə üçün 1 ədəd bulaq tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti